19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu GörMayınüşünə ev sahibliyi edir.
Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanın uzun illərdir apardığı beynəlxalq tədbirlər diplomatiyası, əlbəttə ki, ölkəmizin regional və qlobal səviyyədə artan nüfuzunun əyani göstəricisidir:
“Bu kimi tədbirlər, təkcə mövcud uğurlarımızın nümayişi deyil, eyni zamanda dövlət idarəçiliyində həyata keçirilən islahatların, elektron xidmətlərin inkişafının xüsusilə də “ASAN xidmət” modelinin beynəlxalq auditoriyaya təqdimatı üçün də mühüm platformadır. Eyni zamanda, bu tədbirlər bizə beynəlxalq təcrübəni öyrənmək, yeni yanaşmaları mənimsəmək üçün də geniş imkanlar yaradır. Ümid edirik ki, həm təqdim etdiklərimiz, həm də əldə etdiklərimiz baxımından bu konfrans maksimum faydalı olacaq”.
Leyla Turan
Demokrat.az