ABŞ mətbuatı: "Tramp təsdiqlədi, Putin müharibə istəyir"

DÜNYA 22 may 2025, 19:15
ABŞ prezidenti Donald Tramp telefonla Avropa liderlərinə bəd xəbər verib.

Demokrat.az
xəbər verir ki, bu barədə "Wall Street Journal"ın məlumatında deyilir. Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək istəmədiyini bildirib. WSJ-nin məlumatına görə, Avropa liderləri Putinin sülh istəmədiyindən şübhələnirdilər və Tramp bu şübhələri təsdiqləyib.

Kreml bu iddianı təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov "Wall Street Journal"nın hesabatını Trampın məlumatlarına zidd adlandırıb.  Tramp Putinin sülh istəmədiyini etiraf etsə də, Rusiyaya təzyiq etmək üçün addımlar atmayıb.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top