Dünya Özəl

ABŞ mətbuatı: "Tramp təsdiqlədi, Putin müharibə istəyir"

ABŞ mətbuatı: Tramp təsdiqlədi, Putin müharibə istəyir

ABŞ prezidenti Donald Tramp telefonla Avropa liderlərinə bəd xəbər verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Wall Street Journal"ın məlumatında deyilir. Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək istəmədiyini bildirib. WSJ-nin məlumatına görə, Avropa liderləri Putinin sülh istəmədiyindən şübhələnirdilər və Tramp bu şübhələri təsdiqləyib.

Kreml bu iddianı təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov "Wall Street Journal"nın hesabatını Trampın məlumatlarına zidd adlandırıb. Tramp Putinin sülh istəmədiyini etiraf etsə də, Rusiyaya təzyiq etmək üçün addımlar atmayıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova