Pakistanda özəl məktəbin damının uçması ağır faciəyə səbəb olub. Hadisə nəticəsində 29 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Demokrat.az Geo TV-yə istinadən xəbər verir ki, hadisə Peşəvər şəhərində yerləşən özəl təhsil müəssisəsində baş verib.
Bildirilir ki, ölənlərdən 28-i uşaqdır. Hadisə zamanı 40-dan çox insan yaralanıb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Məktəbin sahibi saxlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.


