Dünya

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı elan edəcəyinə əmindir

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı elan edəcəyinə əmindir

ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə Birləşmiş Ştatların tərkibinə daxil olacağını iddia edib. O, bu fikrini Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.

Demokrat.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Tramp noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri öncəsi çıxışında Kanadanın gələcəyinə dair fikirlərini bölüşüb.

"Son nəticədə Kanada 51-ci ştat olacaq, çünki başqa cür ola bilməz. Onların bizə ehtiyacı yoxdur, bizim onlara ehtiyacımız var", – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl də Kanadanın ABŞ-yə birləşməsini təklif edib və ölkənin Baş naziri Mark Karnini dəfələrlə "qubernator" adlandırıb. Lakin Kanada hakimiyyəti ölkənin ABŞ-nin tərkibinə daxil olması ehtimalını rədd edib.

Sentyabrın sonlarında Kanada Baş naziri Mark Karni ölkəsinin son bir il ərzində ABŞ-nin mümkün hərbi müdaxiləsi ssenarisinə hazırlaşdığını açıqlayıb. Bununla belə, o, belə bir hadisənin baş verməsi ehtimalını aşağı qiymətləndirib.