Özəl Cəmiyyət

Miras hüququnu itirməyə səbəb olan hallar açıqlandı

Miras hüququnu itirməyə səbəb olan hallar açıqlandı

Vərəsəlik məsələləri ailədaxili mübahisələrə və hüquqi çətinliklərə səbəb ola bilər. Bəzi hallarda şəxs qanunla miras almaq hüququna malik olsa da, müəyyən səbəblərə görə bu hüquqdan məhrum edilə bilər. Belə vəziyyətlərdə qanunvericiliyin tələbləri və miras qoyanın iradəsi xüsusi əhəmiyyət daşıyır.

Bəs vərəsəlik hüququ olan şəxs hansı hallarda mirasdan məhrum edilə bilər? Hansı hərəkətlər şəxsin miras almaq hüququnu itirməsinə səbəb olur və bu məsələlər qanunla necə tənzimlənir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, vərəsəlik hüququ fundamental hüquqlardan biridir.

Miras hüququnu itirməyə səbəb olan hallar açıqlandı

Onun sözlərinə görə, vərəsəlik hüququ olan şəxsin mirasdan, yəni miras qalmış əmlakdan məhrum edilməsinin bir neçə yolu var:

"Müəyyən hallarda şəxs mirası qəbul etmək hüququnu itirə bilər. Məsələn, vərəsələrdən biri miras qalmış əmlakdan uzun müddət istifadə etməyib, orada yaşamayıb və öz payını müəyyənləşdirmək üçün vaxtında müraciət etməyibsə, digər vərəsə məhkəməyə müraciət edərək mirası faktiki qəbul etdiyini təsdiqlədə bilər. Bu halda vaxtında müraciət etməyən digər vərəsə mirasdan pay almaq hüququnu itirə bilər.

Həmçinin qanunvericilikdə digər hallar da var ki, o hallar baş verdikdə vərəsə miras qalmış əmlakdan pay ala bilmir. Bunlardan biri də ləyaqətsiz vərəsədir. Yəni digər vərəsələrin, maraqlı şəxslərin müraciəti ilə şəxs, yəni vərəsə ləyaqətsiz vərəsə elan edilə bilər. Bunun əlbəttə ki, hüquqi əsasları olmalıdır. Belə bir qərar çıxarılandan sonra o ləyaqət və vərəsə hesab edil, ləyaqətsiz vərəsə hesab edildiyi üçün artıq miras qalmış əmlakdan pay əldə edə bilmir".