İsraildə informasiya agentliyinin olmaması rüsvayçılıqdır.
Demokrat.az axar.az-a istinadla xəbər verir ki, bunu TASS-ın baş direktorunun keçmiş birinci müavini, jurnalist Mixail Qusman "Sheinkin40" Yutub layihəsində müsahibəsində deyib.
"İsrail dünyada xəbər agentliyi olmayan yeganə ölkədir. Bu, İsrail üçün rüsvayçılıqdır. Siz bu məsələdə tamamilə acizsiniz. Mən bunu dəfələrlə təkrarlayacağam", - deyə Qusman İsraildə yaşayan xəbər aparıcılarına müraciətində bildirib.
Qusman vurğulayıb ki, İsrail mətbuatı heç vaxt Dünya Xəbər Agentlikləri Konqresində təmsil olunmayıb.
Jurnalist bunu İsrail üçün ağrılı və kədərli hesab edib.


