Region

Rövşən Əsgərov "xarici agent" elan edildi

Rövşən Əsgərov xarici agent elan edildi

Rusiya İstintaq Komitəsi "Nə? Harada? Nə vaxt?" verilişinin keçmiş iştirakçısı Əsgərovla bağlı iş üzrə istintaqı yekunlaşdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qurum vurğulayıb ki, Rövşən Əsgərov dəfələrlə Rusiya dövlət rəsmilərinə qarşı sui-qəsdə və Rusiya Federasiyasına zərbələr endirilməsinə çağırış edib, həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terror hücumlarına haqq qazandırıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri "Nə? Harada? Nə vaxt?" verilişinin keçmiş iştirakçısı, Azərbaycan komandasının keçmiş kapitanı Rövşən Əsgərova (o, "xarici agent" elan edilib, həmçinin terrorçular və ekstremistlər siyahısına daxil edilib) qarşı cinayət işi üzrə istintaqı başa çatdırıblar.

"Baş İstintaq İdarəsi "xarici agent" Rövşən Əsgərova qarşı açılmış cinayət işi üzrə istintaqı başa çatdırıb. İstintaqın məlumatına görə, 2022-ci ildə Əsgərov sosial şəbəkə səhifəsində ( Rusiyada qadağan olunmuş sosial şəbəkə platformasında ) Sovet İttifaqı Marşalı və Sovet İttifaqı Qəhrəmanı Q. K. Jukovun xatirəsini təhqir edən və ona qarşı böhtan xarakterli məlumatlar yayıb", - deyə Komitənin bəyanatında bildirilir.

İstintaq Komitəsi əlavə edib ki, Əsgərov həmçinin dəfələrlə dövlət rəsmilərinin həyatına qəsd etməyə, eləcə də Rusiyaya qarşı raket və hava zərbələri endirməyə çağırışlar edib; o, bundan əlavə, Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirilən terror hücumlarına haqq qazandırıb və "xarici agent" kimi tanınan şəxslərin fəaliyyətini tənzimləyən qaydaları pozub.

Maraqlıdır, Azərbaycan vətəndaşı olan Rövşən Əsgərovun Rusiya-Ukrayna müharibəsi barədəki şəxsi fikirləri hansı məntiqlə Rusiyanın gündəmi ilə əlaqələndirilir? Və məntiqi sual doğur: Bu məntiqlə Azərbaycanın hüquq-mühafizə orqanları da sosial şəbəkədə ölkəmizə qarşı radikal çıxışlar edən şəxslərə qarşı cinayət işi qaldırmalı və onları "xarici agent adlandırmalıdır?

Məsələ ilə bağlı Rövşən Əsgərov hələlik öz mövqeyini bildirməyib.

Editor
Redaktor