BMT Baş katibi Antonio Quterreş COP17 konfransı çərçivəsində keçiriləcək liderlər sammitində iştirak etmək üçün Ermənistana gəlib.
Demokrat.az-ın məlumatına görə, BMT Baş katibini daşıyan təyyarə İrəvan hava limanına enib.
Onu hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşıladı.
Xatırladaq ki, COP17 çərçivəsində Liderlər Sammiti oktyabrın 16-da, konfransın özü isə oktyabrın 19-da başlayacaq və oktyabrın 30-dək davam edəcək.


