Xarici siyasət

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

Bakı qədim tarixi, zəngin mədəni irsi və möhtəşəm memarlıq abidələri ilə seçilən şəhərdir. Azərbaycan uğurlu rəhbərlik və ardıcıl inkişaf strategiyası sayəsində mühüm tərəqqiyə nail olub. Ölkə həm iqtisadi inkişaf, həm də beynəlxalq və qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından AQEM-in potensialının reallaşdırılmasına mühüm töhfə verir.

Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, hərtərəfli əməkdaşlıq sayəsində Azərbaycan təşkilatın mövcud geosiyasi çağırışların həllində və regional əməkdaşlığın gücləndirilməsində daha fəal rol oynamasına şərait yaradır.

O, Asiyada AQEM kimi güclü təşkilatların və əməkdaşlıq platformalarının mövcudluğunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kasım-Jomart Tokayev bildirib ki, hazırda Azərbaycan bu missiyanın irəli aparılması istiqamətində mühüm işlər görür.

"Hesab edirik ki, AQEM-in gələcək inkişaf strategiyası açıqlıq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında formalaşmağa davam edəcək", - deyə o əlavə edib.

Editor
Redaktor