"Mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə belə bir başlıq görək: 'Ermənistan-Türkiyə sərhədi açıqdır'".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Avropa İttifaqının genişlənməsi perspektivlərinə həsr olunmuş "Hazırlıq, yoxsa mərhələli yanaşma: Aİ-nin genişlənməsinə yenidən baxış" adlı panel müzakirəsində iştirak edib.
Demokrat.az xəbər verir ki, moderatorun Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesi və qonşularla gələcək münasibətlər barədə sualına Mirzoyan belə cavab verib:
"Təkrar edirəm: hər şeyə rəğmən, biz qonşularımızla münasibətləri yaxşılaşdırmağa davam edəcəyik və əslində, artıq məqsədimizə nail olmuşuq. Azərbaycanla sülhümüz var, hərçənd hələ atılmalı bir neçə addım qalır. Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd hazırda bağlıdır, lakin hesab edirəm ki, proses xeyli irəliləyib və çox mümkündür ki, sabah səhər yuxudan oyananda xəbərlərdə belə bir başlıq görək: «Ermənistan–Türkiyə sərhədi açıldı»."
Alparslan


