Özəl Kriminal

Bakıda qadın "WhatsApp"a görə telefonla döyüldü

Bakıda qadın WhatsAppa görə telefonla döyüldü

Lənkəranda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Ruslan birgə yaşadıqları evin birinci mərtəbəsində yerləşən yataq otağında qeyri-rəsmi həyat yoldaşı Zemfira (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında ailə-məişət münasibətləri zəminində, yəni həyat yoldaşının onun icazəsi olmadan özünə məxsus mobil telefon nömrəsi üzərindən "WhatsApp" tətbiqində hesab açması səbəbindən baş vermiş mübahisə zamanı mobil telefonu bir dəfə onun baş nahiyəsinə vurub. Nəticədə qadın baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə barışıb, ona vurulmuş ziyanı tamamilə ödəyib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və 43.1.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor