Ərdoğan namizəd olmayacaq, yeni prezident onlar ola bilər — ADLAR

REGİON 22 may 2025, 17:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə namizəd olmayacağını açıqlayandan sonra onun yerinə ən real namizədlərin kim olması barədə müzakirələr genişlənib.

Bu barədə Demokrat.az-a danışan AMİP sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əgər Ərdoğan belə bir açıqlama verdisə, mütləq bir varisi var:



“Ərdoğan əslində Türkiyə qanunvericiliyinə əsasən, növbəti seçkilərdə iştirak edə bilər. Əgər növbədənkənar seçkilər olsa, namizəd ola bilər. Türkiyədə növbəti seçkilərin öz zamanında, yoxsa növbədənkənar olacağını proqnozlaşdırmaq mümkün deyil. Əgər Ərdoğan namizəd olmayacağını deyirsə, deməli özünün varis planı var. Bir neçə nəfərin adı hallanır. Bu sırada Hakan Fidanın, Numan Kurtuluşun adı var. Ola bilər ki, ictimaiyyətin çox da namizəd kimi görmədiyi biri var. Ərdoğan təcrübəli siyasətçidir və bir planı olmadan heç vaxt belə açıqlama verməz. Deməli, hansısa bir plan var. Çox istəyərdik ki, Ərdoğan  uzun müddət hakimiyyətdə qalsın, çünki onun dönəmində Türkiyə-Azərbaycan münasibətləri ən üst səviyyədə olub”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top