YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Beşiktaş" hücumçusunu 30 milyon avroya sata bilər

Beşiktaş hücumçusunu 30 milyon avroya sata bilər

Türkiyənin "Beşiktaş" klubu Cənubi Koreya millisinin hücumçusu Hyeon-gyu Oh ilə yollarını ayıra bilər.

Demokrat.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə Rusiyanın "Spartak" (Moskva) klubu yaxından maraqlanır. Moskva təmsilçisinin yanvar transfer pəncərəsində İstanbul klubuna rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.

"Beşiktaş" rəhbərliyi isə müqaviləsi 2029-cu ilə qədər qüvvədə olan hücumçunu asanlıqla buraxmaq niyyətində deyil. Klub İngiltərə Premyer Liqası təmsilçilərinin də diqqət mərkəzində olan Oh üçün ən azı 30 milyon avro tələb edir. İstanbul təmsilçisi bu məbləğdən aşağı təklifləri nəzərdən keçirməyi düşünmür.

Qeyd edək ki, "Beşiktaş" Cənubi Koreyalı futbolçunu ötən mövsümün qış fasiləsində Belçikanın "Genk" klubundan 14 milyon avroya transfer edib. Oh İstanbul təmsilçisinin heyətində ötən mövsüm 16 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Hücumçu cari mövsümdə isə 20 qarşılaşmada 924 dəqiqə meydanda olub, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Beşiktaş" 2025-ci ilin yayında yarımmüdafiəçi Gedson Fernandesin "Spartak"a keçidindən 26 milyon avro gəlir əldə etmişdi.