Yeni Dehlini vuran güclü fırtına paytaxtda elektrik enerjisinin kəsilməsinə səbəb olub və saatlarla yollarda hərəkəti çətinləşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Şəhərin hər yerində yağan güclü yağış daşqınlara səbəb olub. İlkin məlumatlara görə, iki şəhərdə güclü yağış nəticəsində 4 nəfərin həyatını itirdiyi, onlarla yaralının müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparıldığı bildirilib.
Rəsmilər ölkənin ən işlək hava limanlarından biri olan İndira Qandi Beynəlxalq Hava Limanında 50-yə yaxın reysin gecikdiyini bildirib.
Əfsanə Kamal
Demokrat.az