Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını güllələyərək öldürməkdə şübhəli bilinərək saxlanılan Elias Rodriqesin əvvəl heç bir cinayətdə adı hallanmayıb.
Bu barədə CNN təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Təhlükəsizlik qurumundan bildirilib ki, bu saata qədər Elias Rodriqesin hadisəni törədərkən tək olduğu müəyyən edilib.
Atışmadan sonra E.Rodriqes muzeyin binasına daxil olmağa çalışsa da, mühafizəçilər onu saxlaya biliblər. O, polisə təhvil verilərkən qətli törətdiyini etiraf edib və cinayəti törədərkən üzərində olan silahı hara atdığını da söyləyib. (Oxu.Az)
***09:04
Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.
Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.
Elias Rodriqesin saxlanılarkən çəkilən videosu yayılıb. O, "Fələstinə azadlıq!" şüarını səsləndirib.