Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu barədə Dövlət Turizm Agentliyi məlumat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, əslində bu göstəricini Azərbaycan kimi kiçik bir ölkə üçün məqbul saymaq olar:
“Amma digər tərəfdən ölkəmizin tuzim potensialını nəzərə alsaq bu rəqəmi daha da böyütmək olar. Sadəcə turizm bazarını daha da genişləndirməli olduğumuz qənaətindəyəm. Bununla bağlı ölkələrarası əməkdaşlıq fonunda turizm sahəsini də ön plana çəkməliyik. Bu gün vətəndaşlarımızın səfər etdiyi ölkələrdən qarşılıqlı olaraq həmin ölkələrin vətəndaşlarını da ölkəmizə turist kimi cəlb etməliyik. Məhz bundan sonra göstəricilərimizi daha da yaxşılaşdıra bilərik”.
Leyla Turan
Demokrat.az