Qazaxda yük maşını qatarla toqquşdu —Yaralanan var

HADİSƏ 22 may 2025, 21:59
Qazaxda avtomobili qatarla toqquşub, xəsarət alan var.

Bakupost.az xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb. Nəticədə qatar yük maşınını vurub. Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top