Bakının Yasamal rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 20-də Yasamal rayonu ərazisində yerlən ər-arvadın birgə yaşadıqları evdə baş verib.
Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Xəlil həmin gün saat 17:00-da yaşadıqları evin yataq otağında arvadı Səmayənin baş və qol nahiyyələrinə vurub.
Nəticədə Səmayə başının təpə nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Səmayəni ailə münaqişəsi zəminində vurub və təhqir edib: “Bu hadisənin olmağına səbəb o olub ki, mənim 5 min manat dəyərində musiqi alətimi satıblar. Bundan əlavə arvadımın icazəsi ilə uşağım mənim "notebook"mu da satıb. Mənim qazanc yerim o alət olub. Münaqişəni zərərçəkmiş özü yaradıb. Buna baxmayaraq peşmanam, bağışlamağımı xahiş edirəm. Zərərçəkmiş şəxslə barışıq əldə etməmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, əri tərəfindən ona göstərilən şiddət əvvəllər də dəfələrlə təkrarlanıb: “Hadisə zamanı Xəlil vuraraq mənim gözümü qaraldıb. Məni boğub, təpiklə itələyib. Bundan qabaqkı hadisələrdə onu bağışlamışam ki, ailəm dağılmasın. Lakin ardı-arası kəsilmir, artıq neçənci dəfədir ki, təkrarlanır, boşanmaq istəyirəm. Odur ki, təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edirəm”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb.
Cəza çəkməsinin əvvəli təqsirləndirilən şəxs işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablanması qərara alınıb. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az