Qaz pedalı ilə əyləci səhv saldı: Maşını “Araz”a girdi — VİDEO

HADİSƏ 22 may 2025, 13:46

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az  xəbər verir ki, “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

“Sumqayıt24”ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 16:59
Top