Bakıda, demək olar ki, bütün metro çıxışlarında, metroya yaxın ərazilərdəki küçə kənarlarında qida məhsulları satılır. Belə görünür ki, bu məhsulları alanlar da az deyil. Bəs bu qidaların təhlükəsizliyinə kimlər nəzarət edir?
Demokrat.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. Qurumdan bildirildi ki, sözügedən məhsullara AQTA nəzarət etmir:
“Bu hal qanunsuz küçə ticarətidir, bununla bağlı aidiyyəti üzrə yerli icra və polis orqanlarına müraciət edə bilərsiniz”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mövzuya dair bildirildi ki, qanunsuz küçə ticarəti və digər bu kimi hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən paytaxtda, eləcə də bölgələrdə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir:
“Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılır. Qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, işdə, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa malların satılmasına yol verilmir”.
Qurumun məlumatına görə, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılmasına və ya işlərin, xidmətlərin görülməsinə görə inzibati tənbeh tədbirləri və cərimələr tətbiq edilir.
Cavidan Mirzəzadə
Demokrat.az