"Nəzir vermək İslam dinində mövcud olan və müəyyən şərtlərlə caiz sayılan bir ibadət formasıdır. Qurani-Kərimdə nəzir barəsində birbaşa qadağa yoxdur, əksinə, onu yerinə yetirənlər tərif olunur. Məsələn, "İnsan" surəsinin 7-ci ayəsində Allah buyurur: "Onlar nəzir etdikləri şeyi yerinə yetirirlər və şəri yayılmış bir gündən qorxarlar." Həmçinin "Həcc" surəsinin 29-cu ayəsində də nəzirin yerinə yetirilməsi haqqında buyurulur. Peyğəmbərimiz (s) nəzir barəsində buyurub: “Nəzir heç bir şeyi qabağa aparmaz, lakin onunla xəsis insandan bir şey çıxarılır.” (Buxari, Əyman 26). Yəni nəzir insanın taleyini dəyişmir, lakin bir ibadət niyyəti ilə verilirsə və günah olmayan bir şeyə nəzir edilirsə, yerinə yetirilməsi vacib sayılır. Burada əsas olan niyyətdir və nəzir, Allaha ibadət məqsədilə edilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
İlahiyyatçı bildirib ki, təəssüf ki, bəzi hallarda nəzir anlayışı xalq arasında tamamilə səhv şəkildə tətbiq olunur:
"Məsələn, bəzən insanlar belə nəzir edirlər ki, "övladım universitetə qəbul olunsa, gedib qapı-qapı dilənəcəm", ya da "it qabında yemək yeyəcəm", "başımı qırxacam", "daşla ayağımı vuracam" və s. Bu cür nəzir formaları nə İslamın ruhuna, nə də dini qaydalara uyğundur. Əvvəla bu cür davranışlar nə ibadətdir, nə də Allah rizası üçün edilən əməl sayıla bilər. Bu, nəzirin Allaha deyil, nəfsə və ya camaatın təəccübünə yönəldiyini göstərir. Halbuki nəzir yalnız Allah üçün edilməlidir və bu nəzirin mahiyyəti ibadət olmalıdır. Həmçinin "övladım sağ-salamat əsgərlikdən qayıtsa, qurban kəsəcəm" deyənlər də var. Bəs əgər qayıtmasa, nə olacaq? Demək, bu cür nəzir Allaha şərt qoymaq, guya onun iradəsini dəyişdirməyə cəhd etmək kimidir və bu, həm məntiqi, həm də dini baxımdan doğru deyil".
O bildirib ki, İslamda nəzir ibadət yönümlü olmalı və Allah rizası üçün edilməlidir:
"İnsan nəzir edərkən, məsələn, “əgər bu işim alınsa, filan qədər sədəqə verəcəyəm, bir neçə gün oruc tutacağam, ehtiyac sahiblərinə yardım edəcəyəm” deyərsə, bu, qəbul olunandır. Çünki bu nəzir həm ibadətdir, həm də başqasına faydalıdır. Lakin nəfsi zədələyən, ağıla və şəriətə uyğun olmayan hərəkətlər nə nəzir sayılır, nə də savab qazandırır. Əksinə, insan özünü məsxərəyə qoymuş olur. Bir sözlə, nəzir şəriətimizdə yalnız Allah üçün və ehtiyacı olanlara yönəlmiş şəkildə edilməlidir. Camaatın gözü qarşısında qeyri-etik hərəkətlərə çevrilən, mənasız şərtlərlə bağlanan, ya da sadəcə adətə dönmüş nəzir formaları dinimiz tərəfindən nə qəbul olunur, nə də təşviq edilir".
Əfsanə Kamal
Demokrat.az