
Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Macarıstanın Azərbaycandakı səfirliyi isə 12 yanvar 2009-cu ildə təsis olunub. Azərbaycanla Macarıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur.
Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. İki respublika arasında olan təmaslar müntəzəm xarakter daşıyır. Azərbaycanla Maçarıstan dost ölkələr, starateji tərəfdaşlar olaraq demək olarar ki, eyni mövqedən çıxış edirlər. “Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, 30 yanvar 2023-cü il tarixində “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.
İki respublika arasında geniş dostluq, strateji tərəfdaşlıq münasibətləri vardır və mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Bu gün Azərbaycanla Macarıstan arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar və s. sahələri əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstana səfər edib. Onu da qeyd edək ki, Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur.
May ayının 20-də Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub. Macarıştanın Baş naziri Viktor Urban ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etməsini və eyni zamanda Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq dəstək göstərdiyini yüksək qiymətləndirdiyini söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışında Macartıstan-Azərbaycan əlaqələrinin uğurlu inkişafını və onların dostluq xarakterini yüksək qiymətləndirib. Macarıstanın Türk Dövlətləri Təşkilatı Sammitinə müşahidəçi dövlət kimi ev sahibliyi etməsini bu ölkənin öz tarixi kökləri ilə sıx bağlı olduğunu nəzərə çatdırıb. Bildirib ki, “Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Respublikamızın dörd il yarım əvvəl öz ərazisində müharibə aparan və Ermənistanın 30 illik işğalına son qoyan ölkə olduğunu söyləyən Azərbaycan Prezidenti bizim müharibəmizin Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparıldığını qeyd etmişdir.
BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ vardır. Azərbaycan işğal edilmiş ölkə olaraq bu hüquqdan istifadə edib, işğal altında olan tarixi torpaqlarını düşmən qüvvələrindən azad edərək 2023-cü ildə suverenliyini tam bərpa etdi. Azərbaycan Prezidenti eyni zamanda nəzərə çatdırmışdır ki, İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində BMT-nin Nizamnaməsi əsasında aparılmışdır.
Onu da qeyd edək ki, öz vətənini erməni işğalından azad edən qəhrəman Azərbaycan Ordusu, Azərbaycan əsgəri 44 günlük müharibə ərzində bir addım belə geri çəkilməmişdir. Bu haqq davasında ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
Qarabağ və ətraf rayonlar beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir və bu fakt BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə təsdiqlənib. Ermənistan isə bu əraziləri 30 ilə yaxın müddətdə işğal altında saxlayıb, bu müddət ərzində isə Azərbaycanın mədəni irsdini demək olar ki tamamilə məhv edib.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh müqaviləsinin mətnini hazırlayaraq Ermənistana təqdim etmiş və Ermənistan tərəfindən də müəyyən düzəlişlərlə müqavilə qəbul edilmişdir. Lakin sülh müqaviləsinin bağlanması üçün gərək Ermənistan konstitusiyasında bu günə qədər qalan Azərbaycana qarşı ərazi iddiası dəyişdirilsin. Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilsinr. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, Azərbaycanın bu iki şərtini qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bu təkliflə razılaşmağa məcbur olacaqlar.
Azərbaycan Prezidenti çıxışında Budapeştin Bakının strateji tərəfdaşı olduğunu və Avropa İttifaqı çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən aparıcı ölkələrdən biri olduğunu eyni zamanda Macarıstanın Azərbaycanın enerji təhlükəsizliyində, mədəni və siyasi platformalarında fəal iştirak etdiyini vurğulayıb.
Qeyd edib ki, “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.
Azərbaycan Prezidenti həmçinin Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmişdir.
Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri