“Pandemiyanın təbiəti elədir ki, viruslar mutasiya edə bilər. Əgər profilaktik tədbirlər məsələn, vaksinasiya, gigiyena, maska rejimi və vaxtında müdaxilə tədbirləri yetərincə görülməzsə, əvvəlki kimi geniş yayılma potensialı yenidən ortaya çıxar”.
Bunu həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında deyib.
Həkim bildirib ki, COVİD-19 və digər oxşar pandemiyalar yenidən baş qaldıra bilər:
“Əgər doğrudan da artıq virusa və ya hansısa bakterial xəstəliyə yoluxma baş veribsə, yaxud insan özünü taraz hiss etmirsə, mütləq şəkildə həkimə müraciət etməlidir. Özbaşına, ev şəraitində müalicə üsulları tətbiq olunmamalıdır. Bu kimi hallarda profilaktika məqsədilə maskadan istifadə, əllərin spirtlə dezinfeksiya olunması və gigiyenik qaydalara ciddi əməl etməklə yoluxmanın qarşısını almaq mümkündür. Ümumiyyətlə, havaların dəyişkən keçdiyini nəzərə alsaq, geyim tarazlığına diqqət yetirilməlidir. Bu, xüsusilə belə havalarda sağlamlıq baxımından vacibdir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində sıxlıq yarandıqda, maskadan istifadə edilməsi tövsiyə olunur. Bol maye qəbulu və sağlam qidalanma təbii ki, profilaktik tədbir kimi çox önəmlidir və xəstələnmənin qarşısını almaqda mühüm rol oynayır”.
Leyla Turan
Demokrat.az