Erməni deputat: "10 mindən çox şəxs orduda xidmət etmədiyi üçün axtarışdadır"

REGİON 22 may 2025, 18:27
"Ermənistanda hərbi xidmətə çağırışla bağlı çox ciddi problemimiz var".

Bunu Ermənistan parlamentinin "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Hayk Sarkisyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bir çox vətəndaş müxtəlif yollarla məcburi hərbi xidmətdən yayınır və bu yollardan birincisi Ermənistan vətəndaşlığından imtina etməkdir.

"2020-24-cü illərdə problemi həll etmək üçün 8700 kişi vətəndaş bu yola əl atıb", - deyə Sarkisyan qeyd edib.

Erməni deputat bildirib ki, bu gün vətəndaşlıqdan çıxmaq üçün cəmi 25 min dram ödəyirlər.

"Mən təklif edirəm ki, vətəndaşlıqdan çıxanların sayının kəskin şəkildə azalması üçün bunu 15 milyon drama çatdıraq. Buna baxmayaraq, o yola getməyə hazır olan vətəndaşlar varsa, ödənilən pulla həmin boşluğu dolduracaqlar", - deyə o vurğulayıb.

Bundan əlavə, Sarkisyan deyib ki, 10 mindən çox şəxs orduda xidmət etmədiyi üçün axtarışdadır və Ermənistanın hüdudlarından kənardadır.

"Yarısı 27 yaşdan aşağı oğlanlardır. Bu gün hərbi xidmətə yararlı gənclərin 30-40 faizi orduya çağırılır. Hesab edirəm ki, bu rəqəmi ən azı 50 faiz artırmalıyıq", - deyə o əlavə edib.(ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top