ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora köçürmək imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında bildirib.
"Biz ABŞ hərbçilərinin Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıqda", - Rubio deyib.
Onun sözlərinə görə, bu, hərbi heyətin birgə hazırlanması, əməliyyatların aparılması və ümumi təhlükələrə cavab verilməsi üçün imkanlar yaradacaq.
O xatırladıb ki, ABŞ əvvəllər burada hərbi baza saxlayıb, lakin 2009-cu ildə ölkənin keçmiş prezidenti Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunları çıxarmağa məcbur olub.
"Əgər onlar (ölkə hakimiyyəti – red.) bizi dəvət etsələr, biz bu ehtimalı nəzərdən keçirəcəyik", - deyə Rubio sözünün davamında bunun strateji əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda dövlət katibi vurğulayıb ki, ABŞ Ekvadorun təhlükəsizlik ehtiyacları, o cümlədən narkotik və cinayətkarlıqla mübarizə üçün 13,5 milyon dollar ayıracaq. Bundan əlavə, ABŞ tərəfi Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün Ekvadora 6 milyon dollar dəyərində pilotsuz uçuş aparatları köçürəcək.