
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər tələbə olub.
Axşam.az xəbər verir ki, aparıcı Lamiyyə Ələkbərovanın "Günorta efirdəyik" proqramında qonaq olan Gövhər anasının yolunu davam etdirəcəyini bildirib:
"Marağım incəsənət sahəsinə idi. Sadəcə nənəm və xalam razı olmadılar və mən də jurnalistikanı seçdim. Məqsədim jurnalistika idi, ona da qəbul oldum. Onların arzularını yerinə yetirdiyim üçün ürəyim rahatlıq tapır. Amma aktrisa kimi anamın yolunu davam etdirəcəyəm. Uşaq vaxtı Türkiyədə də filmə çəkilmişəm. Bu sahəyə marağım var. Hətta müəllimlərin məni üçüncü qrupa imtahan verməyə qoymurdular. İstəyirdilər ki, beşinci qrup üzrə hazırlaşım. 426 bal toplayaraq "Jurnalistika" fakültəsinəı daxil oldum. Təhsilim ödənişsizdir".