"Tıxacların azaldılması məqsədilə dövlət yeni bir proqram hazırlayıb"

GÜNDƏM 04 sentyabr 2025, 20:16
"Bakıdakı tıxaclar artıq xroniki bir problemə çevrilib. Bu tıxacların azaldılması məqsədilə dövlət yeni bir proqram hazırlayıb". 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, söhbət 2025–2030-cu illəri əhatə edən, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair yol xəritəsindən gedir:

"Proqramın əsas məqsədlərindən biri də tıxacların azaldılmasıdır. Bu istiqamətdə xeyli işlər görülməlidir və onların bir hissəsinə artıq başlanılıb. İctimai nəqliyyatın yaxşılaşdırılması, yolların genişləndirilməsi, şəhərsalma və tikinti sahəsində nizam-intizamın yaradılması ilə bağlı tədbirlər planı mövcuddur və bu plana əsasən işlər davam etdirilir".

Ekspert bildirib ki, vacib məqamlardan biri də odur ki, cəmiyyət bu proqram barədə məlumatlı olsun:

"Çünki onun effektiv həyata keçirilməsi üçün yalnız dövlət qurumlarının deyil, həm də hamımızın dəstəyi və iştirakı lazımdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 21:40
04 sentyabr 2025, 20:51
04 sentyabr 2025, 19:41
04 sentyabr 2025, 18:44
Top