Vaşinqton Tramp administrasiyasını məhkəməyə verib

DÜNYA 04 sentyabr 2025, 21:55
Vaşinqton paytaxtda hüquq-mühafizə fəaliyyətinə Milli Qvardiya qoşunlarının cəlb edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.

"Report" "NBC News"a istinadən xəbər verir ki, Kolumbiya dairəsinin rəsmiləri bu addımı "hərbi işğal" kimi qiymətləndirərək, Milli Qvardiyanın hüquq-mühafizə fəaliyyətinə cəlb edilməsinin lazımsız və arzuolunmaz olmaqla yanaşı, sakinlər üçün təhlükəli və zərərli olduğunu da qeyd ediblər.

Kolumbiya Federal Məhkəməsində qaldırılan iddia qərarı ləğv etmək və gələcəkdə oxşar hərəkətlərin qarşısını almaq məqsədi daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 21:40
04 sentyabr 2025, 20:51
04 sentyabr 2025, 19:41
Top