
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova dərs ilinin başlaması ilə əlaqədar paylaşım edib.
Axşam.az xəbər verir ki, İlqarə bir neçə şagirdin adını paylaşıb və onlara dərs ləvazimatı almaq üçün izləyicilərindən yardım istəyib.
O, paylaşımında "Uşaqların yeni dərs ilinə sevinclə başlamasına dəstək olaq. Onlara lazım olan ləvazimatlarla dolu məktəb çantası hədiyyə edək" sözlərini yazıb.