Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə geri çağırılan Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır.
Oxu.Az xəbər verir ki, Hüseyn Hüseynov 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.
2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb.
O, 2021-ci ilin aprel ayından Bolqarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
Xatıladaq ki, 2018-ci ildən 2022-ci ilədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edən Leyla Abdullayeva Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib.