“Tıxac hazırda Bakı ətrafında yaşayan on minlərlə insan üçün ciddi problemə çevrilib. Yol infrastrukturundakı problemlərin kökü təkcə uzunmüddətli qazıntı işlərində deyil, həm də ümumi nəqliyyat planlaşdırmasının zəifliyindədir”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
Onun sözlərinə görə, aparılan işlərin koordinasiya olunmaması diqqət çəkir:
“Çox vaxt bir küçə qazılır, sonra örtülür, bir müddət keçdikdən sonra başqa qurum eyni yeri yenidən qazır. Bu yanaşma həm vaxt itkisinə, həm də sürücülərin narazılığına səbəb olur. Bakı və onun ətraf qəsəbələri sürətlə böyüyüb, amma yollar paralel olaraq genişlənməyib. Alternativ marşrutların olmaması səbəbindən hər hansı təmir işləri avtomatik olaraq böyük tıxac yaradır. Eyni zamanda, layihələrin icra tempi də çox zəifdir. Bir kilometr yolun aylarla qazılıb başa çatdırılmaması tikinti prosesində təşkilati boşluqların olduğunu göstərir. Problemin həlli üçün isə sadəcə işlərin sürətləndirilməsi kifayət deyil. Strateji nəqliyyat planlaması hazırlanmalı, yeni alternativ yollar açılmalı, ictimai nəqliyyatın gücləndirilməsi təmin edilməli və bütün qurumlar arasında daha sıx koordinasiya qurulmalıdır. Əks halda, məktəblərin açılması ilə birlikdə sentyabr ortasında yollarda vəziyyət daha da ağırlaşacaq”.
Leyla Turan
Demokrat.az