“Son beş ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalmağa başlayıb. Bu azalma həm şəhər, həm də kənd yerlərində ət və süd məhsullarının bazarına birbaşa təsir edir”.
Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, heyvanların sayının azalması bazarda təklifin azalması deməkdir:
“Təklif azalanda qiymətlər yüksəlir, çünki insanlar əvvəlki qədər məhsul ala bilmir və tələb dəyişmir. Qiymətlərin yüksəlməsi isə ailələrin büdcəsinə təsir edir. İnsanlar ya ət və süd məhsullarını az miqdarda alacaqlar, ya da daha ucuz alternativlərə, məsələn, toyuq, yumurta və paxlalılara yönələcəklər. Bu, daxili bazarda istehlakın strukturunu dəyişir. Azalan yerli istehsal idxalın artmasına səbəb olur. Dövlət və firmalar tələbi qarşılamaq üçün xaricdən ət və süd məhsulları gətirməyə məcbur olurlar. Bu isə ölkənin valyuta ehtiyatlarına təsir göstərir və uzun müddətdə qida təhlükəsizliyi üçün risk yarada bilər. Əgər heyvan sayının azalması davam edərsə, fermerlərin gəlirləri də azalacaq. İnsanlar kənd təsərrüfatına sərmayə qoymaq istəməyəcəklər və yerli istehsal daha da zəifləyəcək”.
Leyla Turan
Demokrat.az