“Payız aylarında virus infeksiyalarının artması təbii haldır. Xüsusilə sentyabrın ikinci yarısından etibarən məktəb və universitetlərdə dərslərin başlaması bu prosesi daha da sürətləndirə bilər”.
Bu barədə həkim-terapevt Vəfa Hüseynova Demokrat.az-a açıqlama verib.
O deyib ki, qapalı məkanlarda insanların sıx toplaşması, ictimai nəqliyyatdan aktiv istifadə edilməsi virusların bir-birinə keçməsini asanlaşdırır:
“Bu dönəmdə əhalinin əsas diqqət etməli olduğu məqam immunitetin güclü saxlanmasıdır. Balanslı qidalanma xüsusilə meyvə, tərəvəz və vitaminlərlə zəngin məhsulların qəbulu, gündəlik fiziki aktivlik və ən azı 7-8 saat yuxu immun sistemini möhkəmləndirir. İmmuniteti zəif olan şəxslər, xroniki xəstəlikləri olanlar və yaşlılar isə daha ehtiyatlı davranmalıdırlar. Viruslardan qorunmada gigiyena qaydaları xüsusi rol oynayır. Əllərin mütəmadi olaraq sabunla yuyulması, burun, göz və ağıza çirkli əllərlə toxunmamaq vacibdir. Öskürərkən və asqırarkən salfet və ya dirsək içindən istifadə edilməli, ictimai yerlərdə məsafə qorunmalıdır. İnsan sıxlığı olan qapalı məkanlarda maska taxmaq da faydalıdır”.
Həkim əlavə edib ki, mövsümi qrip peyvəndi risk qrupuna aid şəxslərə tövsiyə olunur və bu, ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır:
“Əlamətlər qızdırma, boğaz ağrısı, öskürək və burun axması müşahidə olunduqda isə özbaşına dərman, xüsusən antibiotik qəbul etmək doğru deyil. Belə hallarda evdə istirahət etmək, bol maye qəbul etmək və vaxtında həkimə müraciət etmək lazımdır. Erkən tədbir görülərsə, həm xəstəliyin gedişatı yüngül olur, həm də infeksiyanın başqalarına keçmə riski azalır”.
Leyla Turan
Demokrat.az