"Payız fəsil dəyişikliyi dövrüdür və bu zaman orqanizmdə müəyyən dəyişikliklər, təlatümlər yaranır. Son vaxtlar epidemioloji vəziyyət, yəni virusların yayılması əvvəlki illərlə müqayisədə xeyli fərqlidir. Covid pandemiyası rəsmi olaraq bitsə də, onun müxtəlif mutasiya olunmuş variantları hələ də dövriyyədədir və biz hələ covidlə tam vidalaşmamışıq".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
"Bununla yanaşı, qrip infeksiyası, yuxarı tənəffüs yollarının digər xəstəlikləri, eləcə də ötən il xeyli problem yaradan metapnevmo virusu və oxşar digər viruslar müşahidə olunur. Qızılca xəstəliyi də yeni formada ortaya çıxaraq əlavə risk yaradıb. Buna görə uşaqların vaxtında peyvənd olunması son dərəcə vacibdir. Dünya Səhiyyə Təşkilatının təsdiq etdiyi milli peyvənd təqvimi üzrə nəzərdə tutulan 13 adda peyvənd mütləq uşaqlara vurulmalıdır".
O deyib ki, peyvənd olunmuş uşaqların immun sistemi daha hazırlıqlı olur və bir çox infeksiyaların qarşısını almağa qadirdir:
"Bu səbəbdən valideynlər diqqətli olmalı, uşaqların sağlam həyat tərzi vərdişlərini formalaşdırmalıdırlar. Açıq havada gəzmək, idmanla məşğul olmaq, fiziki aktivliyi artırmaq və zərərli qidalardan uzaq durmaq immun sisteminin güclü qalmasına kömək edir. Belə uşaqlar adətən infeksiyalara daha az yoluxurlar".
Əfsanə Kamal
Demokrat.az