“Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması diqqət çəkir. O bildirib ki, Bakıda həbs olunan rusiyalıların azad edilməsi Moskva-Bakı münasibətlərinin normallaşması üçün mühüm addım ola bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, vəziyyət bu cür sadələşdirilə bilməz:
“Regionda problemlərin əsas səbəbkarı məhz Rusiyadır. “AZAL” təyyarəsinin vurulması bunun bariz nümunəsidir. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlıların hüquqları sistemli şəkildə pozulub. Müxtəlif siyasi təzyiqlər də Moskvanın Azərbaycana qarşı təzyiq siyasətini açıq şəkildə ortaya qoyur. Bütün bunlar göstərir ki, regionda balansı pozan və gərginliyi artıran tərəf Rusiyadır. İndi isə Rusiya barışıq şərtlərini irəli sürmək iddiasındadır. Bu, reallıqla ziddiyyət təşkil edir. Problem yaradan tərəf barışıq təklif edə bilməz. Azərbaycan prinsipial mövqeyini qoruyur. Milli maraqlar hər zaman prioritet olaraq qalır. Heç bir təzyiq altında güzəştə gedilməyəcək. Barışıq Azərbaycanın maraqlarına xidmət etməlidir”.
Politoloq əlavə edib ki, regionda balansı müəyyən edən tərəf həmişə Azərbaycanın milli maraqlarıdır:
“Rusiya bunu dərk etməlidir ki, problemə görə güzəşt tələb etmək haqqı yoxdur. Azərbaycan regionda strateji mövqeyini möhkəmləndirir. Bu həm milli təhlükəsizlik, həm də iqtisadi maraqların qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanın mövqeyi həm ictimaiyyət, həm də ekspert dairələri tərəfindən dəstəklənir. Hər bir addım diqqətlə hesablanır və milli maraqlara uyğundur. Rusiya regionda gərginliyi artıran tərəf olaraq qalır. Azərbaycan isə prinsipial mövqeyini qoruyaraq haqlı tərəf olduğunu nümayiş etdirir. Barışıq və dialoq yalnız milli maraqlar əsasında mümkündür. Bu, Azərbaycanın regiondakı strateji mövqeyinin gücləndirilməsi baxımından həlledicidir”.
Leyla Turan
Demokrat.az