YapiKredi Müraciət Forması
Dünya Özəl

ABŞ Senatına seçilən ilk müsəlman tarix yazdı - VİDEO

ABŞ Senatına seçilən ilk müsəlman tarix yazdı - VİDEO

ABŞ Senatına seçilən ilk müsəlman senator Abdul El-Seyidin qələbə çıxışı diqqət çəkib.

Demokrat.az xəbər verir ki, Miçiqan ştatında keçirilən seçkilərdə respublikaçı rəqibi Mayk Rocersi geridə qoyan Abdul El-Seyid qələbəsini tərəfdarları ilə birlikdə qeyd edib.

Çıxışı zamanı o, seçki kampaniyası müddətində tez-tez "İnşallah" ifadəsini işlətdiyini xatırladıb.

"Yəqin ki, yarışın nəticəsi barədə danışanda həmişə "İnşallah" dediyimi fərq etmisiniz. Amma bu gün, bu gecə həmin "İnşallah"ı "Əlhəmdülillah"a çevirə bilərik", – deyə o bildirib.

Siyasətçi "Əlhəmdülillah" ifadəsinin "Allaha şükür" mənasını verdiyini də vurğulayıb.

Qeyd edək ki, Abdul El-Seyid ABŞ tarixində Senata seçilən ilk müsəlman kimi tarixə düşüb. O, vəzifəsinin icrasına 2027-ci ilin yanvarında başlayacaq.