Uşaqların qəyyumluğu hansı hallarda yaxın qohuma verilə bilər?

GÜNDƏM 04 sentyabr 2025, 19:32
"Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə görə, ailə cəmiyyətin əsas ünsürü kimi dövlətin xüsusi himayəsindədir, uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun icrasına dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, həmçinin valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər və uşaqların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətlərə cəlb olunması qadağandır".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib. 

O bildirib ki, Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən də ailə dövlətin himayəsindədir, analıq, atalıq və uşaqlıq qanunla mühafizə olunur:

"Əgər bir uşaq qanuni qaydada himayəyə və ya qəyyumluğa verilmişdirsə, bu proses yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası tərəfindən həyata keçirilir, 14 yaşına qədər uşağa qəyyum, 14 yaşından sonra isə himayəçi təyin olunur. Uşaq evlərindən ailələrə verilən uşaqların həyat və yaşayış şəraiti ilk mərhələdə nəzarətdə saxlanılsa da, qəyyumluq və himayəçilik formasında verilən uşaqlar üzərində uzunmüddətli nəzarət mexanizmi əksər hallarda tətbiq olunmur, yalnız şikayət və ya zorakılıq halları aşkarlandıqda məsul şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər. Əgər uşağın yaxın qohumları mövcud deyilsə və onu himayəyə götürəcək şəxs tapılmırsa, bu halda uşaq dövlətin himayəsinə qaytarılır və uşaq evinə yerləşdirilir".

Qeyd edək ki, Bakıda valideynlərini itirən yeniyetmənin xalaaı tərəfindən işgəncəyə məruz qalması ilə bağlı cinayət işi açılıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 20:51
04 sentyabr 2025, 19:41
04 sentyabr 2025, 18:44
Top