Zelenski Putinlə görüşmək üçün Moskvaya getməyəcək

DÜNYA 04 sentyabr 2025, 21:25
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırmadığını deyib.

"Report"un xəbərinə görə, bu barədə o, Parisdə "könüllülər koalisiyası"nın iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Görüşün baş tutmamasını istəyirsinizsə, məni Moskvaya dəvət edin. Amma digər yandan, Rusiya görüş haqqında danışmağa başlayıb - bu, artıq yaxşı haldır", - Zelenski söyləyib.

Xatırladaq ki, daha əvvəl Putin Zelenski ilə görüşün mümkünlüyünü heç vaxt istisna etmədiyini, lakin bunun mümkünlüyünə şübhə etdiyini bildirib. Rusiya Prezidentinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp belə bir görüşün keçirilməsini istəyib və Putin ona belə cavab verib: "Bəli, mümkündür. Zelenski hazırdırsa, Moskvaya gəlsin, belə bir görüş baş tutacaq".

Tramp isə daha əvvəl bəyan edib ki, Putin və Zelenski hazırda sülhə hazır deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 21:40
04 sentyabr 2025, 20:51
04 sentyabr 2025, 19:41
Top