Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətinin 80-ci ildönümü ilə bağlı keçirilən hərbi parad 3 liderin maraqlı söhbəti ilə yadda qalıb.
Demokrat.az publika.az-a istinadla xəbər verir ki, mikrofonun açıq olduğunu unudan Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In əbədi həyat haqqında danışıb.
Avstraliya Yayım Korporasiyasının məlumatına görə, ilk olaraq Putin orqan transplantasiyası haqqında söhbət açıb:
"Biotexnologiyada davamlı irəliləyişlərlə insan orqanları getdikcə daha çox transplantasiya ediləcək. Bu yolla biz daha gənc qala və bəlkə də ölümsüzlüyə nail ola bilərik".
Si Cinpin isə bu sözlərə gülərək "Bu əsrdə insanların 150 yaşa qədər yaşaya biləcəyi proqnozlaşdırılır" cavabını verib.