Çin nüvə gücünü dünyaya nümayiş etdirdi — VİDEO

DÜNYA 03 sentyabr 2025, 09:57
Pekində təşkil olunan hərbi paradda Çin ordusu öz strateji gücünü nümayiş etdirib.

Demokrat.az xəbər verir ki, parad zamanı ölkənin nüvə triadasını təmsil edən silah sistemləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Paradda uzun mənzilli aviasiya raketi "JL-1", sualtı qitələrarası raket "JL-3", həmçinin quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" nümayiş olunub. Bundan əlavə, bütün planeti vura biləcək strateji nüvə raketi DF-5C də təqdim edilən silahlar arasında olub.

Bu möhtəşəm nümayiş, yapon işğalına qarşı Çin xalqının mübarizəsi və İkinci Dünya müharibəsində əldə edilən Qələbənin 80 illiyinə həsr olunmuş paradda baş tutub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top