Sabit tarif modelinə keçiddən sonra vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də işıq və qaz istehlakı üzrə mövcud limitlərin ləğv edilib-edilməyəcəyidir.
Bu barədə Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, sözügedən qərarlar iqtisadi əsaslara söykənmədiyi üçün bunu təxmin etmək çətindir:

“Çünki tarif dəyişikliyi hansısa iqtisadi məsələyə görə baş vermir. Tarif Şurasının hansısa qərarı olur, yığışırlar, müzakirə edirlər və qərar verirlər. Tarif Şurasının limitlərlə bağlı bu günə qədər olan əsaslandırmalarına baxsaq, heç vaxt normal əsaslandırma görməmişik.
Son zamanlarda mifik olaraq dünya bazarında gedən proseslərə işarə edirlər. Amma dünya bazarında gedən proseslərə baxsaq, indi qazın qiymətində enmələr var, neftin qiymətində də enmələr var. Yəni sabitdir qiymətlər, ən azından çox yüksək deyil. Ona görə belə bir qərar verməyə iqtisadi əsaslar yoxdur. Amma inzibati əsaslar varmı?
Bu, Tarif Şurasından asılıdır. Hər zaman yığışıb belə bir qərar verə bilərlər”.
Cavidan Mirzəzadə
Demokrat.az