YapiKredi Müraciət Forması
Maraqlı

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı açıqlandı

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı açıqlandı

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib.

Demokrat.az xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar.

Nəticədə dad hüceyrələrində molekulyar dəyişikliklər müəyyən olunub. Tədqiqatçılar bu dəyişikliklərin infeksiyadan sonra davam edən simptomlarla əlaqəli ola biləcəyini düşünürlər.

Kəşf gələcəkdə dadbilmə pozğunluqlarının müalicəsi üçün yeni istiqamətlər aça bilər

NE
Nihadə Eyyubova