“Astarada 10 aylıq körpə valideynlərinin verdiyi sodalı sudan sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Belə hadisələrdə diqqət mərkəzində uşaqların həyatının qorunması dayanır. Valideynlərin niyyəti övladlarını xilas etmək olsa da, nəticədə körpənin həyatını itirməsi göstərir ki, maariflənmə və düzgün məlumatlandırma çox zəifdir”.
Bu barədə vəkil Leyla Məmmədova Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, valideynlər çox vaxt xalq arasında yayılan yanlış üsullara güvənirlər:
“Halbuki körpələrin orqanizmi çox həssasdır və kiçik bir səhv addım onların həyatına baha başa gələ bilər. Buna görə də valideynlərə tibbi maarifləndirmə, ilkin tibbi yardım qaydaları barədə geniş məlumat verilməsi vacibdir. Burada əsas məsələ cəzalandırmadan çox profilaktika və maarifləndirmədir.
Uşaqlar xəstələnəndə ilk və doğru addım həkimə müraciət etməkdir, ev üsullarına yox. Dövlət qurumları, səhiyyə müəssisələri və ictimai təşkilatlar valideynləri məlumatlandırmaq üçün daha aktiv iş aparmalıdır. Bununla yanaşı, belə hallara hüquqi qiymət də verilir. Ailə Məcəlləsinə görə valideyn övladının sağlamlığını qorumaqla məsuldur.
Əgər yanlış müdaxilə nəticəsində uşaq həyatını itirirsə, məsuliyyət artıq hüquqi müstəviyə keçir. Amma burada əsas məqsəd valideyni cəzalandırmaq yox, digər valideynlərə dərs çıxarmaq və oxşar halların qarşısını almaqdır. Əsas prioritet uşaqların təhlükəsizliyi, valideynlərin maarifləndirilməsi və səhiyyə sistemində təcili yardıma əlçatanlığın artırılmasıdır”.
Leyla Turan
Demokrat.az