Attestatla xaricə gedənlərin nəzərinə: Diplomlar tanınmaya bilər

SOSİAL 03 sentyabr 2025, 12:41
"Bu proses hər il baş verir və Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bununla bağlı rəsmi saytında və press-relizlərdə mütəmadi məlumat və maarifləndirmə aparır".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

O bildirib ki, xarici tələbələrin qəbulu dünyanın əksər ölkələrində iki formada həyata keçirilir: 

"Universitetin daxili imtahanı ilə və ya sadəcə attestat əsasında. Azərbaycan universitetlərinin də çoxu attestatla qəbul aparır.

Əsas məsələ təhsilin hansı ölkədə alınması deyil, seçilən universitetin akkreditasiyasının, beynəlxalq tanınmasının və rəsmi sertifikatının olub-olmamasıdır. Bundan əlavə, seçilən ixtisasın müddəti və kreditlərinin Azərbaycanda ekvivalentliyi də diqqətlə araşdırılmalıdır".

Ekspert deyib ki, qəbul prosesində çətinliklər ola bilər:

"Valideyn və tələbələr yalnız kursların və ya vasitəçilərin sözlərinə güvənməməli, mütləq mütəxəssislərlə məsləhətləşməlidirlər. Əlavə araşdırma aparmaq gələcəkdə problemlərin qarşısını alır.

Bilmək vacibdir ki, attestatla və ya imtahansız qəbul olunmayan tələbənin sonradan başqa universitetə köçürülməsi (transferi) mümkün deyil. Bəzən insanlara yanlış məlumat verilir və “bir ildən sonra transfer edərik” deyə aldadılır. Bu isə sadəcə onların hisslərindən sui-istifadədir.

Universitetlərin doğruluğunu dəqiqləşdirmək üçün birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək ən doğru yoldur".

Qeyd edək ki, qəbul mərhələsi başa çatdıqdan sonra attestatla təhsil üçün müraciətlərin sayı artıb.


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 13:29
Top