"Bu gün toy əzablı bir məkana çevrilib" — Deputat

GÜNDƏM 04 sentyabr 2025, 14:46
“Təəssüflə qeyd etmək lazımdır ki, toylarımızda israfçılıq getdikcə artır. Yaslarda olduğu kimi, toylarda da israfçılıq çoxdur. İnsanlar bundan əziyyət çəkir, həqiqətən ciddi narahatlıq doğuran məsələdir. Biz ümumiyyətlə çalışmalıyıq ki, israfçılığı həyatımızdan çıxaraq, çünki dünyada bu gün ciddi proseslər gedir, insanların yaşayışı çətinləşir, qida, ərzaq çatışmazlığı artır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, toylar bu gün əzablı bir məkana çevrilib:



“İnsanlar səs-küydən otura bilmirlər, yeməklərin keyfiyyətində ciddi problemlər var. Baxmayaraq ki, əslində toyun məqsədi istirahətdir, dincəlməkdir, amma insanlar oradan yorulmuş, tükənmiş formada evlərinə qayıdırlar. Ona görə düşünürəm ki, bu məsələyə də baxılmasına ehtiyac var.

İnsanlar bu məsələdən əziyyət çəkməyə davam edirlər. Yaslardakı israfçılığı da biz aradan qaldırmalıyıq. Bunun üçün cəmiyyətin bütün üzvləri səfərbər olmalıdır. Toyun məqsədi insanların xoşbəxtliyidir, amma bu gün toy narahatedici bir məsələyə çevrilib”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top