Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər. Maraqlıdır ki, iki ölkə arasında münasibətləri gərginləşdirmək üçün əlindən gələni edən Kreml niyə Bakıdan addım atılmasını gözləyir?
Bu barədə Demokrat.az-a danışan millət vəkili Azər Allahverənov deyib ki, münasibətləri gərginləşdirən Rusiyanın atdığı addımlardır. Əgər Rusiya münasibətləri yaxşılaşdırmaq üçün qərarlar versə, Azərbaycan buna adekvat cavab verəcək:

“Çox maraqlı bir vəziyyət yaranıb. Məsələ burasındadır ki, bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Vladimir Putin sammitin nəticələri ilə bağlı keçirilən brifinqdə qeyd etdi ki, Azərbaycanla Rusiya arasında müəyyən problemlər var və bu, normal haldır. Vurğuladı ki, münasibətlərin dərinləşdirilməsi ilə bağlı istəklər mövcuddur və bu istiqamətdə addımların atılması da vacibdir. Prezident İlham Əliyev "Əl-Ərəbiyə" kanalına müsahibəsində qeyd etmişdi ki, bu münasibətlərdə gərginlik niyə yaranıb.
Rusiya tərəfindən ardıcıl şəkildə atılan addımlar — AZAL-ın təyyarəsinin vurulması ilə başlayan proses sonrakı mərhələdə digər müstəvilərdə də özünü göstərdi. Amma bütün baş verənlərə görə Rusiyanı heç kim məsuliyyətə cəlb etmədi. Kompensasiya ödənilmədi, üzr istənilmədi. Sanki Rusiyanın hərəkətləri ona hesablanmışdı ki, Azərbaycanla münasibətlər strateji tərəfdaşlıqdan kənar səpkidə cərəyan etsin. Bunda maraqlı olan müəyyən siyasi dairələr də var idi.
Azərbaycanın bir çox açıq sualları var ki, Rusiya bunlara cavab verməkdən yayınır və Azərbaycanın atmalı olduğu hansısa addımlardan danışırlar. Azərbaycan həmişə beynəlxalq hüquq çərçivəsində proseslərə münasibət bildirib və ondan irəli gələn addımları atıb. Azərbaycan Rusiya ilə münasibətlərin pisləşməsində maraqlı olmayıb, bunun üçün hansısa addımlar atmayıb. Əksinə, biz bunu Rusiyadan görürük. Bu o deməkdir ki, Rusiya zəruri addımlar atmalıdır. Amma görünən odur ki, Rusiya bu ritorikadan çəkilmək niyyətində deyil. Əgər biz görsək ki, Rusiya problemlərin həlli istiqamətində hansısa addımlar atır, təbii ki, "güzgü diplomatiyası"na uyğun olaraq adekvat addımlarla cavab verəcəyik. Lakin Rusiya addım atılmasını Azərbaycandan gözləyir”.
Cavidan Mirzəzadə
Demokrat.az