“Son dövrlərdə qanunsuz tikililərin leqallaşdırılması məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Bu sahədə müəyyən hüquqi sənədlər mövcud olsa da, problemin tam həlli hələ də gündəmdə qalır”.
Bunu Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, reallıqda bu proses daha kompleks və mərhələli yanaşma tələb edir:
“Bəziləri düşünür ki, bu məsələ yalnız bir qanunun qəbulu ilə tam həll oluna bilər. 2005-ci ildə Prezident tərəfindən imzalanmış 294 saylı sərəncam bu istiqamətdə atılmış önəmli addım idi. Həmin sərəncama əsasən, müəyyən kateqoriyalara aid daşınmaz əmlakların dövlət qeydiyyatına alınması və leqallaşdırılması mümkün oldu. Sonrakı illərdə bu siyahı müəyyən qədər genişləndirildi, lakin bu, bütün qanunsuz tikililəri əhatə etmədi. Hazırda gözlənilir ki, ya mövcud siyahı yenidən genişləndiriləcək, ya da bu sahədə yeni hüquqi mexanizmlər tətbiq olunacaq. Əslində, bu problemin həlli tək qanunla deyil, həm də normativ hüquqi aktlarla, fərman və sərəncamlarla paralel şəkildə həyata keçirilməlidir”.
Ekspert əlavə edib ki, qanunsuz tikililər müxtəlif kateqoriyalara bölünür və bu yanaşma forması onların hər biri üçün fərqli hüquqi çərçivə tələb edir:
“Təyinatı uyğun olmayan torpaqlarda tikilmiş evlər adətən kənd təsərrüfatı torpaqları üzərində inşa olunmuş tikililərdir və leqallaşdırılması çətinlik yaradır. Təyinatı uyğun torpaqlarda sənədsiz tikililər bu hallarda leqallaşdırma daha real və mümkündür. Qırmızı xəttə və ya mühafizə zonalarına düşən tikililər bu evlərin leqallaşdırılması demək olar ki, mümkün deyil və qanunla qadağandır. Bunların hər biri fərdi şəkildə qiymətləndirilməli, vahid və çevik mexanizmlər tətbiq edilməlidir. Eyni zamanda daşınmaz əmlak sahəsində şəffaflıq, hüquqi təminat və vətəndaşların mülkiyyət hüquqları qorunmalıdır. Qanunsuz tikililərin leqallaşdırılması yalnız hüquqi sənədlərlə deyil, həm də dövlət siyasətində çevik və ədalətli yanaşma ilə mümkün ola bilər”.
Leyla Turan
Demokrat.az