"Qarabağ üzərində heç bir beynəlxalq nəzarətə ehtiyac yoxdur" — Politoloq

GÜNDƏM 04 sentyabr 2025, 11:52
“ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq başa çatdırılması Azərbaycanın xarici siyasətində və Qarabağ məsələsinin yekun həllində çox önəmli və əhəmiyyətli bir hadisədir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. 

O bildirib ki, Minsk qrupu illər boyu Qarabağ münaqişəsinin həllinə real töhfə vermək əvəzinə, prosesi dondurmaqla və manipulyasiya etməklə məşğul olub:

“Xüsusilə, həmsədrlər Fransa, ABŞ və Rusiya bölgədə sülhün və ədalətli həllin əldə olunmasına qarşı çıxıbla. Hətta Azərbaycanın problemin BMT müstəvisinə daşınmasına da mane olmağa çalışıblar. Bu, çox ciddi və narahatedici hal idi. Halbuki, elə həmin Minsk qrupu da öz mandatını məhz BMT-dən almışdı. Amma bu təşkilatın yenidən BMT müstəvisində müzakirəyə çıxarılmasına qarşı çıxmaları, qərəzli və ikili standartlara əsaslanan siyasətin bariz nümunəsi idi. Azərbaycan isə problemi sülh yolu ilə həll etmək cəhdləri nəticə vermədiyi üçün, beynəlxalq hüquqa və öz suveren hüquqlarına əsaslanaraq, 44 günlük Vətən müharibəsində hərbi yolla öz ərazi bütövlüyünü təmin etdi. Bu gün biz artıq Qarabağ məsələsinin üzərində hər hansı beynəlxalq təşkilatın və ya ölkənin “nəzarətçi” kimi dayanmasını istəmirik”. 

Politoloq əlavə eidb ki, nəhz buna görə Azərbaycan sülh danışıqlarında əsas şərtlərindən biri kimi Minsk qrupunun bu proseslərdən tam kənarlaşdırılmasını irəli sürmüşdü:

“Hətta sonrakı dövrlərdə Ermənistan tərəfi yenidən Minsk qrupunun gündəmə gətirilməsinə çalışdı. Fransadan, İrandan, bəzən də Rusiyadan bu istiqamətdə bəzi açıqlamalar verildi. Amma Azərbaycan bu cəhdlərin qarşısını qətiyyətlə aldı və aydın şəkildə bəyan etdi ki, Minsk Qrupunun fəaliyyəti artıq bitib və bu qurumun hər hansı formada yenidən bərpa olunması mümkün deyil. Hazırda Qarabağ məsələsi Azərbaycan tərəfindən yekunlaşdırılıb və bu məsələ üzərində heç bir əlavə müzakirəyə və ya beynəlxalq vasitəçiliyə ehtiyac yoxdur. Bu, həm regional, həm də beynəlxalq səviyyədə getdikcə daha geniş şəkildə qəbul edilir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top