Əvvəlki illərlə müqayisədə boş qalan yerlərə maraq azalıb? — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 04 sentyabr 2025, 11:57
"Bu il qəbul planı ümumilikdə 96.27% yerinə yetirilib. Yerdə qalan çox az faizdir və boş qalan yerlərə maraq da o qədər böyük olmayıb". 

Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.

O, bildirib ki, bunun səbəbi ondan ibarətdir ki, bu il qəbul zamanı çox ciddi müsabiqə yaşandı, tələbələr arasında güclü rəqabət oldu:

"Qəbul ola bilməyənlərin əksəriyyəti topladıqları balın kifayət etməməsinə görə kənarda qaldı. Yalnız az bir qismi kodlaşdırmada səhv edə bilərdi, amma düşünürəm ki, əsas səbəb bu deyil".

Ekspert bildirib ki, boş qalan yerlərə marağın az olması da ondan xəbər verir ki, həmin ixtisaslar insanların diqqətini cəlb etmir:

"Mən inanıram ki, bu 4%-lik boş yerlər də doldurulacaq, amma əvvəlki illərlə müqayisədə ikinci tura maraq xeyli zəifdir. Daha çox müraciətlər subbakalavr ixtisaslarına yönəlmişdi və düşünürəm ki, həmin sahə üzrə yerlər tam dolacaq, qəbul faizi isə kifayət qədər yüksək olacaq".

Qeyd edək ki, universitetlərə qəbul üçün boş qalan yerlərə ixtisas seçimi başa çatıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top